13 iyunun hava proqnozu açıqlandı - RTV

İyunun 13-də ölkə ərazisində hava proqnozu açıqlanıb.

Azərbaycan Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir yağışlı olacağı gözlənilir.

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 26-31 dərəcə isti olacaq.

Respublikanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, bəzi yerlərdə isə şimşək çaxacağı ehtimal olunur. Axşam və dağlıq ərazilərdə duman olacaq.

Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti, bəzi yerlərdə 25-30 dərəcə isti olacaq.