Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 17-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-22, gündüz 29-34 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin günün ikinci yarısında dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, bəzi yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu dağlarda gecə 7-12, gündüz 16-20, bəzi yerlərdə 23-28 dərəcə isti təşkil edəcək.