Xəbər verdiyimiz kimi, Nərmin Şniko Bloku-nun sahibi Nərmin Əliyevanın bacısı Məryəm avtoqəzada həlak olub.
Qafqazinfo-nun əldə etdiyi məlumata görə, faciəvi hadisə iyunun 12-si saat 21:00 radələrində paytaxtın Nizami rayonu ərazisində, Babək prospektində baş verib.
Belə ki, həmin vaxt İman Həsənovun idarə etdiyi IVECO markalı marşrut avtobusu ilə paytaxt sakini, 2002-ci il təvəllüdlü Rövşən Muradovun sürdüyü "Çeri" markalı avtomobil toqquşub.
Nəticədə Rövşən Muradov, sərnişini 2002-ci il təvəllüdlü Məryəm Elxan qızı Məmmədova və avtobusun 3 sərnişini xəstəxanaya yerləşdirilib.
Göstərilən tibbi yardıma baxmayaraq, Məryəm Məmmədova iyunun 15-i keçən gecə xəstəxanada vəfat edib.
Qeyd edək ki, Məryəmin atası Elxan Məmmədov 40 ilə yaxın Gəncə şəhəri Qayıbova adına 1 saylı orta məktəbin direktoru olub. Məryəm isə Gəncədə dəfn edilib.