Ağdamda DƏHŞƏT: tanışını güllələyib özünü öldürdü - RTV

Ağdam rayonunun Çullu kəndində faciəvi hadisə baş verib. 47 yaşlı Elşad Gözəlov mübahisə zamanı tanışı 51 yaşlı Rövşən Şirinovu odlu silahla güllələyib.

Qolundan yaralanan Rövşən Şirinov təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Hadisədən sonra Elşad Gözəlov hadisə yerindən qaçaraq rayonun kəndlərindən birində özünü güllələyərək intihar edib.

Hadisə zamanı istifadə olunan odlu silah maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.