Astarada ağır yol qəzası baş verib. Hadisə rayonun Təxtənəkəran-Humşah kənd yolu istiqamətində qeydə alınıb.
Qeyd olunur ki, Tərlan Sənan oğlu Eyvazovun idarə etdiyi "VAZ 2107" markalı nəqliyyat vasitəsi hündürlükdən dərəyə aşıb.
Qəza nəticəsində sürücü Tərlan Eyvazov hadisə yerində keçinib. Nəqliyyat vasitəsində olan 1977-ci il təvəllüdlü Azər Xanəli oğlu Rzayev, 1980-ci il təvəllüdlü İbrahim Xanəli oğlu Əhmədov və 1980-ci il təvəllüdlü Nazim Balaxan oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.