Azay Möhnətovla bağlı qalmaqal davam edir: Zərərçəkmişin konpensasiyası ödənilmir - RTV

Binəqədi rayonunda yerləşən "Eurohome" tikinti materialları bazarında baş vermiş yanğınla bağlı qalmaqal davam edir. Hadisə 2019-cu ilin yanvarında və 2020-ci ilin noyabrında baş vermiş analoji hadisələri yenidən gündəmə gətirib.

Yanğın nəticəsində satıcılar və sahibkarlar ciddi maddi zərərə uğradıqlarını bildirirlər. Zərərçəkmiş şəxslər iddia edirlər ki, onlara kompensasiya ödənilməsi barədə vədlər verilsə də, illər keçməsinə baxmayaraq hələ də bu vədlər yerinə yetirilməyib. Bu vəziyyət bir çox sahibkarı çətin iqtisadi duruma salıb.

Zərərçəkmişlərdən biri, Rəfail Ocaqverdiyevin sözlərinə görə, 2019-cu il yanvarındakı yanğında onun 200 min manatdan çox ziyanı olub. O, dəfələrlə müraciət etməsinə baxmayaraq, hələ də kompensasiya ala bilmədiyini bildirib.

Yanğınların əsas səbəblərindən birinin təhlükəsizlik qaydalarına lazımi səviyyədə əməl olunmaması olduğu iddia edilir.

Qeyd edək ki, mediada "Eurohome"un fəaliyyəti ilə bağlı müxtəlif iddialar səslənsə də, bu iddialar rəsmi şəkildə təsdiqlənməyib.