Azərbaycan ərazisində müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, arabir yağış yağır. Bəzi yerlərdə yağan yağışların leysan xarakterli və intensiv, güclü olub.
Şahdağın 3500 metrdən yüksəkdə yerləşən ərazilərinə qar yağması müşahidə edilib. Düşən yağıntının miqdarı Şəkidə 46, Oğuzda 36, Göyçayda 20, Ağdamda 16, Qəbələdə 15, Qaxda 13, Yevlaxda 12, Mingəçevirdə 10, Xızıda 8, Zaqatala-Qurddərəsi 7, Şahdağ-Şamaxı 6, digər ərazilərdə isə 4 millimetr və daha aşağı olub.