Xaçmaz rayonunda uzunqulaq dişləyən 70 yaşlı kişi ölüb. Hadisə rayonun Yergüngə kəndində baş verib.
İddialara görə, 1956-cı il təvəllüdlü Murad Əfsəndiyevə bir həftə əvvəl kənd ərazisində uzunqulaq dişləyib.
Ev şəraitində müalicə olunan şəxs bu gün vəfat edib.
Hadisə ilə bağlı Xaçmaz Rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbəsinə müraciət olunub.