Azərbaycanlı ata doğum evində qızını oğlanla dəyişib, qaçdı - RTV

Qərb Azərbaycan əyalətinin Urmiya şəhərində qəribə hadisə baş verib. Bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, xüsusi xəstəxanada qız uşağının atası körpəsini oğlan uşağı ilə dəyişərək xəstəxanadan qaçıb.

Hadisə nəzarət kameraları tərəfindən qeydə alındığı üçün kimliyi aşkarlanmayan ata həbs edilib. Hadisə barəsində cinayət işi açılıb.