Bakıda Səbail rayonunun Yeni Günəşli qəsəbəsində 24 yaşlı Səlim Novruzov adlı şəxs həyat yoldaşını döyüb. Hadisənin səbəbi qadının telefona çox baxması və bunun səbəbini izah etməməsi olub.
Səlim Novruzov qısqanclıq zəminində arvadını irad tutub. Mübahisə zamanı Səlim Novruzov əl və təpik zərbələri ilə həyat yoldaşının bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.
Hadisə ilə bağlı Səlim Novruzov saxlanılıb və barəsində cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs ifadəsində hadisədən peşman olduğunu və dəymiş ziyanı ödəməyə hazır olduğunu bildirib.
Zərərçəkən qadın isə, ərinə qarşı şikayətçi olmadığını və tələbinin olmadığını qeyd edib.
Məhkəmənin qərarı ilə cinayət təqibi dayandırılıb və Səlim Novruzov məsuliyyətdən azad olunub.