Bu gün “Son zəng” çalınır - RTV

Bu gün Azərbaycanda "Son zəng" günü qeyd olunur. Bu il ölkə üzrə 16 min 550 şagird 11-ci sinfi bitirir. Onlardan 60 min 596 nəfəri qız, 59 min 554 nəfəri isə oğlandır.

İşğaldan azad edilmiş ərazilərdə yerləşən 11-də ilk dəfə olmaqla ümumilikdə 25 ümumi təhsil müəssisəsində "Son zəng" tədbiri keçiriləcək. Tədbir iştirakçıları məktəblə vidalaşacaq.

Təhsil Nazirliyinin tələblərinə uyğun olaraq, "Son zəng" tədbirləri həm açıq havada, həm də qapalı məkanlarda keçirilə bilər. Tədbirlər səhər saat 8:00-9:00-da başlaya bilər və ən geci 10:00-da bitməlidir. Musiqilərin səsləndirilməsinə yol verilməməlidir.

Tədbirlər dövlət himni ilə açılmalı, şagirdlərin xatirəsinə bir dəqiqəlik sükutla davam etdirilməlidir. Tədbirdə iştirak edən şagirdlərə hədiyyə və gül dəstələri təqdim olunması qadağandır.

Tədbirin bədii hissəsi yalnız məktəbin daxili imkanları əsasında təşkil olunmalıdır.