Qeyri-qanuni spirtli içkilərin qəbulu sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
Bu barədə Rusiyalı narkoloq Andrey Tyurin xəbərdarlıq edib.
Saxta alkoqol tez-tez ağır zəhərlənmələrə səbəb olur. Hər həftə reanimasiya şöbələrinə saxta içki qəbulü nəticəsində yaranan ciddi fəsadlardan əziyyət çəkən pasiyentlər daxil olur.
Saxta məhsulların əsas təhlükəsi ondan ibarətdir ki, onların tərkibində təhlükəsiz qida etanolu əvəzinə metanol, fuzel yağları və ya aldehidlər ola bilər.
Həkim qeyd edib ki, metil spirti **böyrəkləri və görmə sinirini** məhv edən güclü bir toksindir. Cəmi 100 qramlıq doza geri dönməz görmə itkisinə və ya ölümlə nəticələnə bilər.
Təhlükənin dərəcəsinə görə ikinci yerdə alkoqollu energetik içkilər qəshabşıb, çünki onların tərkibindəki kafein sərxoşluq əlamətlərini gizlədir. Nəticədə insan özünə nəzarəti itirir, onun ürək ritmi isə qeyri-stabil hala gəlir.