DƏHŞƏTLİ QƏTL: mağazada həmkəndlisini öldürdü - RTV

Zaqatalada dəhşətli qətl hadisəsi baş verib. Hadisə rayonun Qımır kəndində yerləşən mağazada qeydə alınıb.

İlkin məlumata görə, 1968-ci il təvəllüdlü Ələsgər Seyfulla oğlu Əhmədov mağazanın içərisində həmkəndlisi, 1966-cı il təvəllüdlü Kamran Məhərrəmovu bıçaqlayaraq qətlə yetirib.

Hadisənin namus üstündə baş verdiyi bildirilir.

Meyit müvafiq ekspertiza üçün təhvil verilib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.