Dələduz "prokuror" həbs olundu - RTV

Mingəçevir şəhər prokurorluğunda aparılan istintaq zamanı Vasif Həqqverdiyevin özünü Mingəçevir və Tərtər rayon prokurorluqlarının əməkdaşı kimi təqdim edərək müxtəlif şəxslərin etibarından sui-istifadə etməklə onların pul vəsaitlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunub.

O, həmçinin məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və ya onların barələrində araşdırma və maliyyə yoxlamaları aparılacağı barədə məlumat verib.

Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam edir.