Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 11-də ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək.
DİM-dən verilən məlumata görə, imtahan Bakı, Abşeron və Sumqayıt şəhərlərində təşkil olunacaq.
Təkrar imtahan 25-27 may tarixlərində keçid ballarını ödəyən və 9 illik təhsil bazasında müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün keçiriləcək.
İmtahanlar saat 10:00-da başlayır. İştirakçılar saat 09:45-dən etibarən imtahan binalarına buraxılacaq.