Goranboyda dəhşət - Göldən qadın meyiti tapıldı - RTV

Goranboy rayonunda qadın meyiti tapılıb. Hadisə rayonun Səfıkürd kəndində qeydə alınıb.

Meyiti tapılan qadının 1973-cü il təvəllüdlü Nailə Nəbiyeva olduğu müəyyənləşib. Qadının cənazəsi Səfıkürd gölündən aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Goranboy rayon Mərkəzi Xəstəxanasının həkimi hadisə yerində olub. Qadının ölümünün səbəbləri araşdırılır.