Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı-Qazax yolunun Göygöl rayonundan keçən hissəsində hərəkətdə olan "Gazel" markalı mikroavtobus idarəetməni itirərək aşıb.
Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.