Kanalda batan kişinin meyiti tapıldı - Qızının evinə qonaq getmişdi... - RTV

Beyləqan rayonunda Yuxarı Qarabağ kanalına düşərək itkin düşən 65 yaşlı kişi axtarışları nəticəsində tapılıb.

Hadisə rayonun Əyləzər kəndi ərazisində baş verib. İtkin düşən şəxs, 1959-cu il təvəllüdlü Əhliman Hüseynovun qızının evinə qonaq getdiyi və bu zaman kanalın yaxınlığında olduğu bildirilir.

Axtarış tədbirləri nəticəsində Əhliman Hüseynovun meyiti kanalın ərazisinin yaxınlığında tapılıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.