Masallıda DƏHŞƏT: 69 yaşlı qadını baltalayaraq öldürdülər - RTV

Masallı rayonunda dəhşətli cinayət hadisəsi qeydə alınıb. İşıqlı kəndində 1957-ci il təvəllüdlü Elmira Əmənəddin qızının baltalayaraq qətlə yetirilməsi barədə məlumat yayılıb. Qadının meyiti yaşadığı evdə aşkar edilib.

Hadisənin tam səbəbləri və təxiri ilə bağlı təhqiqat aparılır. Cinayətin araşdırılması istiqamətində polis və prokurorluq orqanlarının əməkdaşlarından ibarət xüsusi istintaq qrupu yaradılıb.

Hazırda hadisəni törədən şəxs(lər)in müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.