Mingəçevirdə KAFEDƏ İNSİDENT - Mübahisə bıçaqlanma ilə bitdi - RTV

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib. Hadisə şəhər ərazisindəki kafelərdən birində qeydə alınıb. 21 yaşlı Bəyandur Hüseynov şəxsi münasibətlər zəminində tanışı 20 yaşlı Mətləb Rizayevin ayağına bıçaqla xəsarət yetirib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməldə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.