Nəbatat Bağının sədri cərimələndi - İki nəfər xəsarət aldığına görə - RTV

Nəbatat bağının sədri Əli Cəfərov 5000 manat cərimələnib. Dövlət Əmlak Məfəttişliyi xidmətinin əməkdaşları tərəfindən müəssisədə icbari sığorta tələblərinin pozulması ilə bağlı protokol tərtib edilib. Araşdırma zamanı ötən il xəsarət alan iki əməkdaşının istehsalatda bərbad hadisələrdə icbari sığorta olunmadığı müəyyənləşib. Məhkəmə Əli Cəfərovun İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsi üzrə təqsirli bilərək 5000 manat məbləğində cərimə edib.

Qeyd edək ki, bu il fevralın sonunda İlham Əliyevin sərəncamı ilə Mərkəzi Nəbatat Bağı və Dendrologiya Bağı yenidən təşkil olunaraq Mərkəzi Nəbatat və Dendrologiya Bağı MM-yə verilib.