Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var - RTV

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupunun əməkdaşları məlumat verib.

Həyata keçirilən əməliyyat nəticəsində Elşad Əzizov (41 yaş), Tural Əsgərov (42 yaş), Siyavuş Məmmədov (51 yaş) və İlqar Zeynalov (62 yaş) saxlanılıb.

Saxlanılan şəxslərdən 1 kiloqramdan artıq marixuana və bir ədəd odlu silah aşkar edilib. Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.