Tanınmış vəkil Fərhad Mehdiyevin qızı Zəhra Sumqayıt yolunda ölümlə nəticələnən qəzada həyatını itirib.
Mehdiyevin qızı idarə etdiyi motosikletlə "Mercedes" markalı avtomobillə toqquşub.
Fərhad Mehdiyev hadisənin səbəbləri barədə sosial media hesabında məlumat paylaşıb.
O, qızının fotolarını paylaşaraq yazıb:
"Hər kəs uşağı ilə məzuniyyət şəkillərini paylaşır, mən isə deyə bilərəm ki, qızım, şıltığım Zəhra artıq bu dünyada yoxdur."
Atasının sözlərinə görə, Zəhranın faciəvi ölümünün əsas səbəbkarı Bakı - Sumqayıt sürət yolunda, yolun sol tərəfində dayanmış avtomobil olub. Həmin avtomobilin sağ zolağı da dolu olduğuna görə və həmin zolaqda da avtomobillər keçdiyinə görə, onun sağdan keçmək kimi bir imkanı da yox idi. Həmin sürücü o nasaz maşını ilə dünən bir neçə insanın dünyasını yixıb.
Mehdiyev əlavə edib:
"Zəhramın faciəvi ölümünün ikinci səbəbi isə onun motosikl sürməsi idi. Motosikl deyil, minik avtomobil sürsəydi, həmin o yaramaz avtomobillə çırpılsaydı da hər halda sağ qalardı. Onu motosikldən uzaqlaşdıra bilməməyim həyatda ən böyük uğursuzluq və səhv olaraq bir valideyn olaraq qəlbimi, atamı, əmilərimi torpağa vermişəm. Öz balamı torpağa verəcəyimi düşünmək çox keçirirəm. Onu torpağa gömməyə tələsmirəm. Birlikdə keçirə bilmədiyimiz anlarımızı kecirirəm."
Fərhad Mehdiyev bildirib ki, qızı Zəhranın gedişinin ağrısı uzun çəkəcək.