Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən aparılan monitorinqlər zamanı avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edilib.
Qeyd olunub ki, bəzi hallarda məzunlar və yetkinlik yaşına çatmamış şəxslər əyləncə məqsədi ilə müxtəlif nəqliyyat vasitələrini icarəyə götürürlər. Bu, həm sürücülük hüququ olmayan şəxslərin sükan arxasına keçməsinə, həm də digər hərəkət iştirakçılarının həyatı və sağlamlıqlarının təhlükəsizliyinə səbəb olur.
Nəqliyyat vasitələrinin icarəsi şirkətlərinə müraciət edilib ki, nəqliyyat vasitələrini icarəyə verərkən sürücülük vəsiqəsinin etibarlılığına, şəxsin yaşına və nəqliyyat vasitəsini idarə etmək hüququnun olub-olmamasına xüsusi diqqət yetirsinlər.
Son zəng tədbirləri ilə əlaqədar olaraq, məktəblilərə və ya sürücülük hüququ olmayan şəxslərə avtomobil təqdim olunması qanunvericiliyə ziddir.
Belə hallara yol verildiyi aşkarlandığı təqdirdə, həmin şəxslər barəsində qanunauyğun tədbirlər görüləcək.
Bu məsələdə göstəriləcək həssas yanaşma, mümkün xoşagəlməz hadisələrin qarşısının alınmasına və məsul gününün təhlükəsiz şəraitdə keçirilməsinə xidmət edəcək.