Lənkəran Ağır Cinayətlər Məhkəməsində 1995-ci il təvəllüdlü Eyvaz Bağırovlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə onu atasının qətlində təqsirli bilərək 10 il 6 ay azadlıqdan məhrum edib.
Təqsirləndirilən şəxs hadisənin baş verdiyi Biləsuvar rayonunun Təzəkənd kəndində yaşayıb. Hadisə zamanı Eyvaz Bağırov qardaşı Pərviz Bağırovla mübahisə edib. Mübahisə zamanı Eyvaz Bağırov qardaşını qorxutmaq məqsədi ilə atasının ov tüfəngini götürərək qardaşını nişan alıb. Bu zaman hadisəni görən ata İqbal Bağırov tüfəngi əlindən almaq istəyərkən güllə atəşə açılıb. Nəticədə İqbal Bağırov ağır güllə yarası alaraq hadisə yerində ölüb. Yaralının Təcili Tibbi Yardımla xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.