Şəhər mərkəzində 9 kq-dan artıq narkotik tapıldı - RTV

Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsi tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, paytaxt ərazisində narkokuryerlikdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı Samir Mirzəyev saxlanılıb.

Onun istifadə etdiyi avtomobildən ümumilikdə 5 kiloqram marixuana, 4 kiloqramdan artıq tiryək, həmçinin həşiş və heroin aşkarlanıb.

Bundan əlavə, 1112 ədəd psixotrop tərkibli metadon həb də müsadirə edilib.

Saxlanılan şəxs narkotikləri paytaxtda qanunsuz dövriyyəyə buraxmaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırıb.

Faktla bağlı cinayət işi başlanıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.