Göyçay rayon polis şöbəsi əməkdaşları tərəfindən profilaktik tədbirlər zamanı avtoxuliqanlıq edən şəxslər saxlanılıb.
Nihad Rəhimli, Cavidan Sədiyev və Cahid Məmmədov idarə etdikləri avtomobillərlə yol hərəkəti qaydalarını kobud şəkildə pozublar.
Sürücülər barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə bu şəxslərin sürücülük hüququ müəyyən müddətə məhdudlaşdırılıb və inzibati qaydada həbs olunublar.