Şəmkirdə bir kafedə 28 yaşlı Fərid Həsənov qətlə yetirilib. Hadisə rayon ərazisindəki kafelərdən birində baş verib.
1998-ci il təvəllüdlü Fərid Həsənov hadisə zamanı ürəyindən bıçaqlanıb. O, təcili xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 27 yaşlı Sarxan Tağıyev saxlanılaraq istintaqa təhvil verilib.