Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunda qrafik dəyişir - RTV

İyunun 16-dan Bakı metrosunun hərəkət cədvəlində dəyişiklik ediləcək.

Bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, ali məktəblərdə və müəssisələrdə tədris prosesinin başa çatması, həmçinin fəal istirahət dövrünün başlaması ilə əlaqədar sərnişin axınının azalmasını nəzərə alaraq Bakı Metropoliteni qatarların hərəkət cədvəlini dəyişdirəcək.

Bənövşəyi xətt, həmçinin Cəfər Cabbarlı, Xətai və Həzi Aslanov mənzillərində qatarların hərəkət cədvəli dəyişməyəcək.

Dəyişiklikdən sonra 28 May, Əhmədli, Cəfər Cabbarlı, Xətai və Həzi Aslanov mənzillərində qatarların hərəkət qrafiki ilə bağlı məlumat Bakı Metropoliteninin saytında dərc ediləcək.

İş günləri pik saatlarda qatarlar iki dəqiqə 28 saniyə, şənbə günlərində iki dəqiqə 30 saniyə, bazar günlərində isə üç dəqiqə aralıqlarla hərəkət edəcək.