Şimşək çaxacaq, leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ - RTV

İyun ayının 9-dan 12-si tarixləri arasında gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacaq. Bu yağışlı hava şəraitinin davam edəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə qısa müddətli intensiv yağışlar olacaq. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağışlı hava şəraiti ilə əlaqədar bəzi dağ çaylarında suyun səviyyəsinin artacağı, bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi ehtimalı olunur.