Gəncədə su üstündə dava düşüb. Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
1990-cı il təvəllüdlü Elvin Əliyev və 1981-ci il təvəllüdlü Azər Ələsgərov arasında baş verən mübahisə davaya çevrilib. Nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdiriliblər.
İlkin məlumata görə, mübahisə istixananın suvarılması məsələsi üstündə yaranıb.