Tovuza sərnişin aparan şəxs gecələmək istədi, ÖLDÜRÜLDÜ - QƏTLİN TƏFƏRRÜATI - RTV

Tovuz rayonunun Əyyublu kəndində dəhşətli qətl hadisəsi baş verib. Hadisə iyulun 30-da gecə saatlarında rayonun Əyyublu kəndində qeydə alınıb.

Qətldə təqsirləndirilən 1997-ci il təvəllüdlü Əyyublu kənd sakini Asəf Rüstəmov, hadisə zamanı avtomobilində olan 32 yaşlı Bakı şəhər sakini Elmettin Quliyevlə mübahisə edib.

Mübahisə nəticəsində Rüstəmov, Quliyevə qarın və ürək nahiyəsinə bıçaqla xəsarətlər yetirib. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, təqsirli bilinən Asəf Rüstəmov, hadisə zamanı Elmettin Quliyevə sərnişin kimi Əyyublu kəndinə aparıb və orada gecələmək istəyib.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.