İyunun 7-də Araz çayında batan Turan Mirşəli oğlunun meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, çayın İmişli rayonunun Rəsul kəndi ərazisindən keçən hissəsində batan 2009-cu il təvəllüdlü Mirşəli oğlu Turan Mirşəlinin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc axtarış qrupu tərəfindən batdığı yerdən 500 metr məsafədə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.