Xəstəxanalardan 31 əməkdaş işdən çıxarıldı -YENİ TƏYİNATLAR - RTV

Tibbi tələblərə uyğunluğun artırılması və şəffaflığın təmin edilməsi məqsədilə tibb müəssisələrində monitorinqlərə başlanılıb. Bu yoxlamalar zamanı tibbi xidmətlərin keyfiyyəti, sənədləşmə, kadr fəaliyyəti və qanunvericiliyin tələblərinə əməl olunması qiymətləndirilir.

2023-cü ilin aprel ayından aparılan yoxlamalar nəticəsində 9 əməkdaş işdən çıxarılıb. Eyni zamanda, 31 əməkdaş intizam məsuliyyətinə cəlb olunub. Beş araşdırmanın materialları isə hüquq-mühafizə orqanlarına göndərilib.

Hazırda bir sıra xəstəxana və tibb mərkəzlərində yoxlamalar davam edir. Növbəti dövrdə proses digər tibb müəssisələrində də aparılacaq.