Yevlaxda 91 yaşlı qadın faciəli şəkildə öldü - RTV

Yevlax rayonunda 91 yaşlı qadın yanaraq həyatını itirib. Hadisə iyunun 8-də saat 18:00 radələrində rayonun Xallı kəndində baş verib. 1935-ci il təvəllüdlü Zümründ Sabit qızı Əhmədovanın yaşadığı evdə yanğın hadisəsi qeydə alınıb. Yanğın zamanı qadının üzərində olan geyimlərinə od düşməsi nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Yanğın nəticəsində xəsarət alan qadın xəstəxanaya yerləşdirilib, lakin orada dünyasını dəyişib. Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.