Amerika Birləşmiş Ştatları, Kanada və Meksikada keçirilən Dünya çempionatında qalmaqallar bitmir.
Bu dəfə Uruqvay millisinin futbolçuları çətin vəziyyətdə qalıb. Onlar Səudiyyə Ərəbistanı ilə ilk tur oyununa gələrkən ciddi yoxlanışdan keçiblər.
ABŞ polisi futbolçuların bütün çantalarını yoxlayıb. Bu isə komanda rəhbərliyinin etirazına səbəb olub.
Polis futbolçıları sıraya düzərək onların çantalarını alıb və saatlarla yoxlama aparıb.