“Qanuni oğru” “Yuska” çılpaq vəziyyətdə tutuldu - RTV

Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinin məlumatına görə, 54 yaşlı azərbaycanlı "qanuni oğru" Yuspif Əliyev saxlanılıb.

Məlumata görə, Əliyev 2008-ci ildən beynəlxalq axtarışda olub.

Mənbənin sözlərinə görə, o, iki və ya daha çox şəxsin qətlində və bir sıra ağır cinayətlərdə iştirak etməkdə təqsirləndirilir.

Yuspif Əliyev 2008-ci il sentyabrın 9-da axşam saatlarında Sankt-Peterburqun Makarov sahilində yerləşən evlərdən birində saxlanılıb.

Qeyd edək ki, Yuspif Əliyev 2008-ci ildə axtarışa veriləndən 6 ay sonra "qanuni oğru" adını alıb.