Afrika xəstəlikləri nəzarət və profilaktika mərkəzləri Şərqi Afrikada sürətlə yayılan Ebola virusu epidemiyasının tarixdə ən ölümcül yoluxma dalğasına çevrilə biləcəyi barədə beynəlxalq ictimaiyyəti xəbərdar edib.
Qurum bildirir ki, maliyyə çatışmazlığı, silahlı münaqişələr və səhiyyə sistemindəki problemlər virusun nəzarətdən çıxması riskini artırır.
Hazırkı epidemiya əvvəlki Ebola dalğalarından fərqli olaraq daha nadir rast gəlinən Bundibugyo ştamı ilə əlaqələndirilir. Bu virus növünə qarşı indiyədək hər hansı bir peyvənd və ya xüsusi müalicə vasitəsi mövcud deyil.
Tarixən ölüm faizi 30-50% arasında dəyişən virusun peyvəndsiz yayılması epidemiyası ilə mübarizəni daha da çətinləşdirir.
Epidemiyanın əsasən Konqo Demokratik Respublikasının şərqində qeydə alınması, virusun artıq Qonşu Uqandaya da yayılması xəstəliklərin yayılmasını çətinləşdirir. Səhiyyə işçilərinin yoluxan şəxsləri izləməsi və təmas zəncirini müəyyən etməsi çətinləşir.