DÇ matçında futbolçunun ayağı sındı - Dəhşətli anlar - RTV

Dünya çempionatı çərçivəsində keçirilən Kanada-Qətər matçında Kanada millisinin futbolçusu İsmail Konne ciddi zədə alıb.

Qətər millisinin yarım müdafiəçisi Assim Ömər Madi ilə oyun zamanı zədələnən Konne meydanı xərəkdə tərk edib və tibbi heyət dərhal ona müdaxilə edib.

Qətər yığmasının oyunçusu əvvəlcə sarı vərəqə ilə cəzalandırılıb, daha sonra qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bu qərardan sonra Qətər millisi meydanda 9 nəfərlə qalıb və oyunu azlıqda davam etdirmək məcburiyyətində qalıb.

Matç Kanada'nın Qətər üzərində 6-0 hesabı ilə qələbəsi ilə başa çatıb.