Mingəçevirdən olan tanınmış futbol mütəxəssisi və idman müəllimi Elbrus İsmayılov 66 yaşında vəfat edib.
Keçmiş futbolçu vaxtilə futbol üzrə Sovet Sosialist Respublikaları İttifaqının çempionatının ikinci dəstəsində "Neftçi" komandasının heyətində çıxış edib.
O, həmçinin Azərbaycan çempionatının I dəstəsində "Energetik" futbol klubunun komandalarının rəisi olub.