Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplançısının planlarında gözlənilməz dəyişiklik edib. Bu barədə klubun təmsilçisi məlumat verib.
Onun sözlərinə görə, iyunun 27-də Avstriyada "Qarabağ"a qarşı keçirilməsi planlaşdırılan yoxlama oyunu ləğv olunub.
Bu addımın atılmasına səbəb hər iki komandanın UEFA Avropa Liqası təsnifat mərhələsində bir-birinə rəqib olmaq ehtimalı olub.
"Qarabağ" iyunun 22-də Avstriyaya yollanacaq. Komanda Tirol əyalətində iyulun 2-dək hazırlıq keçəcək.