Türkiyə millisi Dünya Kuboku ilə erkən vidalaşdı - RTV

2026-cı il Dünya Çempionatında Türkiyə millisi qrup mərhələsində ikinci məğlubiyyətini alıb. D qrupunun ikinci turunda Paraqvay ilə qarşılaşan ay-ulduzlular rəqibinə 0:1 hesabı ilə uduzub.

San-Fransiskodakı Bay Arena stadionunda keçirilən görüşdə yərgənə qolu ikinci dəqiqədə Matias Kalaras vurub. Matçın 45+3-cü dəqiqəsində Paraqvaylı futbolçu Migel Almirón qeyri-idman davranışına görə qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, Türkiyə millisi ilk oyunda ABŞ-a 2:0 hesabı ilə məğlub olub. Beləliklə, ilk iki oyunda məğlub olan Türkiyə yığmasının növbəti mərhələyə yüksəlmə şansı qalmayıb və komanda dünya çempionatı ilə erkən vidalaşıb.