İyunun 1-dən etibarən Bakı kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişdirilib.
Bildirilib ki, Bakı kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və ötən müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib.
Qeyd edək ki, kartın balansı və gediş haqqı ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur. Dəyişiklik yalnız yeni əldə edilən Bakı kartlarının satış qiymətinə aiddir.