Biznesmen 18 milyonluq alma oğurladı - RTV

Rusiyanın Krasnodar diyarında bir iş adamı sahibkarları aldadaraq 18 milyon rubldan çox dəyərində 275 ton alma mənimsəməkdə şübhəli bilinir.

43 yaşlı biznesmen sahibkarlarla almanın hər kiloqramını 67 rubldan almaq barədə razılığa gəlib.

Bir neçə gün ərzində o, ümumilikdə 810 qram konteyner alma yükləmiş 16 yük avtomobilini qəbul edib. Məhsulun ümumi dəyəri təxminən 18,3 milyon rubl olub.

Bildirilir ki, iş adamı qısa müddətdə aldığı almaların hamısını satıb. Lakin əldə etdiyi vəsaiti tədarükçüyə ödəməyib.

Bununla belə, boşalmış 810 konteynerdən cəmi 502-sini geri qaytarıb.

Faktla bağlı araşdırma aparılır.