Prokurorluq Baş Gömrük İdarəsində niyə əməliyyat keçirdi? - TƏFƏRRÜAT - RTV

Prokurorluq tərəfindən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirilib. RTV Qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyatın təfərrüatları məlum olub.

İddialara görə, bir qrup şəxs hava nəqliyyatı vasitəsilə milyonlarla manat dəyərində qızıl zinət əşyalarını ölkəyə keçirməyə çalışıb. Bu məqsədlə də cinayət qanunvericiliyinin 206.4-cü maddəsi ilə cinayət işi başlanıb.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Növbə rəisinin müavini İsmayıl Əliyev faktla bağlı şərait yaradıb. İş üzrə digər əməkdaşlar da sorğu-sual olunur. İstintaq davam edir.

Dövlət Gömrük Komitəsi hələlik məsələ ilə bağlı açıqlama yaymayıb.