Xalq artistinə ağır diaqnoz qoyuldu - RTV

Xalq artisti, kinorejissor Şeyx Əbdülə ağır diaqnoz qoyulması ilə bağlı məlumat yayılıb. O, bir müddət əvvəl səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilib və uzun müddətdir müalicə alır.

Şeyx Əbdül bu barədə danışarkən bildirib ki, həkimlər ona müxtəlif diaqnozlar qoyublar:

"Ototetə, dizimdə, belimdə, bəzi orqanlarımda, mədəmdə, bronxumda, prostatımda diaqnozlar qoydular. İstəyirlər məni yola salalar."

O, müalicə prosesindən də danışıb:

"Müalicələrimi alıram, dərmanlarımı isə səliyyənlə içirəm. 82 yaşımdayam. İndi elə hər kəsin ömrü gəlib bu yaşa çatmır. Yəni bu mövqe üçün hər şey normaldır."

Səhhəti ilə bağlı müayinələrə gedən Şeyx Əbdülün yeni görüntüləri yayılıb. Sənətçi həkimlə söhbətində yorğunluğunu qeyd edib.