Xalq artistinin vəziyyəti açıqlandı - RTV

Xalq artisti Flora Kərimovanın səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirildiyi bildirilir. RTV xəbər verir ki, sənətkarın köməkçisi Yaqut İmanovananın verdiyi məlumata görə, hazırda onun müalicə prosesi davam edir və yaxın vaxtlarda evə buraxılacağı gözlənilir. Lakin dəqiq tarix hələlik məlum deyil.

Müalicə zamanı sənətkar müxtəlif dərmanlar qəbul edir, aparatlarla müayinə olunur. Ehtimal olunur ki, Flora Kərimova 10 günə evə buraxılacaq. Bu barədə dəqiq məlumatı həkimlər hələlik verməyə bilərlər.

Hər il iyunun 20-də yaşıl teatrda baş tutacaq ifalı çıxışı sentyabr ayına təxirə salınıb. Qeyd edək ki, 84 yaşlı xalq artisti Flora Kərimovanın müalicəsinə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarət edilir. Eyni zamanda Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinin başında dayanıb.