Anna Akopyan məhkəməyə verildi - RTV

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan, müstəqil müşahidəçi blokunun nümayəndəsi Daniel İyosyan tərəfindən hüquqi mübahisə üzrə məhkəmə prosesinə cəlb olunub.

İyosyan və təmsil etdiyi Alyans Ermənistan İnzibati Məhkəməsinə müraciət edərək, Anna Akopyanın 15 epizod üzrə inzibati məsuliyyətə cəlb edilməsini tələb edib. Onlar fondun fəaliyyətində qanun pozuntularının olduğunu iddia edirlər.

Anna Akopyan isə fondun heç bir qanunu pozmadığını bildirərək, hüquqşünaslarına Daniel İyosyanla bağlı əks hüquqi addımlar atmağı tapşırdığını açıqlayıb.

Məhkəmə iddianı qəbul edib. İş üzrə ilkin baxış 2 noyabr 2023-cü il tarixində İrəvanda keçiriləcək.