Baş nazir sərəncam imzaladı - RTV

Məktəbəqədər təhsildə yeni maliyyələşdirmə modeli hazırlanacaq. Bu barədə Baş nazir sərəncam imzalayıb.

Sərəncama əsasən, məktəbəqədər təhsil sahəsində valideyn, dövlət, özəl sektorun əməkdaşlığına əsaslanan yeni maliyyələşdirmə modelinin tətbiqi ilə bağlı sərəncam imzalanıb. Sərəncamın icrası 2 ay ərzində təhsil nazirliyi, ədliyyə nazirliyi, maliyyə nazirliyi və digər aidiyyəti qurumlarla birgə maliyyələşdirmə modelinin tətbiqi qaydasının layihəsinin hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilməsini nəzərdə tutur. Bununla yanaşı, aidiyyəti dövlət orqanlarına prezidentin müvafiq fərmanına uyğun olaraq normativ hüquqi aktların yenilənməsi və uyğunlaşdırılması ilə bağlı da tapşırıqlar verilib.