Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər - RTV

Bakı Ağır Cinayətlər Məhkəməsi Rəşad və Urfan Qnyazov qardaşlarına hökm oxuyub. Rəşad 9 il, Urfan isə 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin araşdırması zamanı məlum olub ki, qardaşlar əmisinin tanışı olan qadınla münasibətdə olublar. Elşad həmin qadından hədə-qorxu yolu ilə pul alıb və geri qaytarmayıb. Bundan sonra Elşadın istəyi ilə əmisioğlanları Ayxan Qnyazovla birlikdə Elşad Bəyovu Xaçmazdan Bakıya gətirərək bir gün girov saxlayıblar.

Cinayətdə iştirak etdiyi bildirilən Ayxan Qnyazov axtarışa verilib. Elşad Bəyov barəsində isə ayrıca cinayət işi açılıb.